Azərbaycanın avtomobil bazarı iştirakçısı maliyyə vəziyyətini açıqlayıb
Azərbaycanda yüngül avtomobillər və ağır texnika üçün mühərrik və sürtgü yağlarının, akkumulyator və şinlərin, filtr və digər ehtiyat hissələrinin satışı ilə məşğul olan "Caspian Equipment Company" ASC 2025-ci ili 1,22 milyon manat xalis mənfəətlə başa vurub.
"Far.Az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 12,2 % çoxdur.
Ötən il "Caspian Equipment Company"nin vergiyəqədərki mənfəəti 1,525 milyon manat (əvvəlki ilə nisbətən 12,2 % çox), mənfəət vergisi ödəmələri isə 305 min manat (12,1 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Caspian Equipment Company"nin aktivləri 13,955 milyon manat olub ki, bu da illik müqayisədə 12,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 36,6 % artaraq 1,104 milyon manata, balans kapitalı isə 20 % artaraq 12,852 milyon manata çatıb.
Xatırladaq ki, "Caspian Equipment Company" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkətin səhmdarı 100 % Eldəniz Rüstəmovdur.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
ABŞ ordusu İrana aviazərbələr endirib













