UEFA Avropa Liqası: "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib
Far.Az xəbər saytı

UEFA Avropa Liqası: "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib


"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Far.Az"un məlumatına görə, "köhlən atlar" turnirin II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandasını məğlub etsə, "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.

"Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi "KuPS"a uduzsa, UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya Krayova" (Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Avropa Liqasında bu raundun matçları 6 və 13 avqusta təsadüf edəcək.

Oxşar xəbərlər

Bu günün valyuta məzənnələri
UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib - YENİLƏNİB-5
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Avrokuboklarda növbəti püşk atılır: "Qarabağ" "Fənərbağça"ya, "Neftçi" "Braqa"ya rəqib ola bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər