"KuPS" klubunun baş məşqçisi Miika Nuutinen: "Oyunun favoriti Azərbaycan təmsilçisidir"
"Sabah" və "KuPS" (Finlandiya) komandaları arasında keçiriləcək matçın favoriti Azərbaycan təmsilçisidir.
"Report" xəbər verir ki, bunu "KuPS"un baş məçqçisi Miika Nuutinen "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:
"Bakıda olduğumuza görə şadıq. Bizi çətin qarşılaşma gözləyir. "Sabah"ın I təsnifat mərhələsindəki matçlarını izləmişik. Rəqib komanda topla yaxşı rəftar edir. Onları təhlil etməyə çalışdıq. Hər şey meydanda bəlli olacaq. Lakin real danışmaq lazımdırsa, cütün favoriti "Sabah"dır. Diqqətimizi bu matça yönəltmişik".
Qeyd edək ki, "Sabah" və "KuPS" komandaları arasında ilk matç iyulun 21-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib - YENİLƏNİB-5
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
UEFA Çempionlar Liqası: "Sabah" TNS ilə oyunda hesabı açıb - YENİLƏNİR-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
ABŞ ordusu İrana aviazərbələr endirib













