Çinin Lyaonin əyalətində rezin qayıqdakı partlayış səbəbindən 7 nəfər ölüb
Far.Az xəbər saytı

Çinin Lyaonin əyalətində rezin qayıqdakı partlayış səbəbindən 7 nəfər ölüb


Çinin Lyaonin əyalətində Mopanşan adası yaxınlığındakı sularda rezin qayıqda baş verən partlayış nəticəsində 7 nəfər ölüb, bir nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qayıqda 13 nəfər olub. Yaralanan beş nəfər müalicə üçün xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır.

İlkin araşdırma göstərib ki, qayıqdakı insanlar su çəkilən zaman mollyusk toplamağa gedən yerli sakinlər olublar. Geri qayıdarkən, operator ehtimal edilən yanacaq sızmasından sonra mühərriki yenidən işə salmağa cəhd edən zaman partlayış baş verib.

Partlayışın dəqiq səbəbi hazırda araşdırılır.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər