"Çelsi" "Aston Villa"dan Morqan Rocersi transfer edib
Far.Az xəbər saytı

"Çelsi" "Aston Villa"dan Morqan Rocersi transfer edib


İngiltərənin "Çelsi" klubu "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocersi transfer edib.

"Far.Az" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin iddiasına görə, İngiltərə millisinin futbolçusu ilə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb.

Sözləşmədə onun daha bir il uzadılması imkanı da nəzərdə tutulub. Daha əvvəl "Çelsi"nin bu keçid üçün "Aston Villa"ya 117 milyon funt sterlinq ödəyəcəyi bildirilmişdi.

"Transfermarkt" portalı futbolçunun dəyərini 90 milyon avro qiymətləndirir.

Rocers 2026-cı il dünya çempionatında İngiltərə millisinin heyətində 6 oyuna çıxıb. O, Argentina ilə yarımfinal matçında (1:2) bir məhsuldar ötürmə müəllifi olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub - YENİLƏNİB-6
DÇ-2026: Argentina Misir üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNİB-8
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər