BVF Ukraynaya 690 milyon dollar vəsaitin ayrılmasını təsdiqləyib
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası yeni kredit dəstəyi proqramı çərçivəsində Ukraynaya 690 milyon dollar məbləğində vəsait ayrılmasını təsdiqləyib.
"Far.Az" xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Qərar ümumi həcmi 8,1 milyard dollar olan və dörd il üçün nəzərdə tutulan Kiyevə kredit dəstəyi proqramının icrasına dair ilk icmalın başa çatmasından sonra qəbul edilib.
BVF qeyd edib ki, icmalın başa çatması növbəti vəsaiti dərhal köçürməyə imkan verir. Beləliklə, yeni proqram çərçivəsində Ukraynaya ayrılan vəsaitin ümumi həcmi təqribən 2,2 milyard dollara çatacaq.
Vəsaitin ayrılması barədə ilkin razılıq iyunun 12-də əldə edilib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
"Neftçi"nin baş məşqçisi Siyasət Əsgərov: "PAOK-la oyuna maksimum nəticə üçün çıxacağıq"
-
"Aston Villa" "Çelsi"nin cinah hücumçusu Alexandro Qarnaçonun transfer edib
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK













