Aİ Karib hövzəsi ölkələrindən "qızıl pasport"ların verilməsini dayandırmağı tələb edib
Avropa İttifaqı (Aİ) Karib hövzəsinin beş ölkəsindən investisiya müqabilində vətəndaşlıq verilməsi proqramlarını iki il ərzində dayandırmağı tələb edərək əks halda vizasız rejimin ləğv ediləcəyi ilə hədələyib.
"Far.Az" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Söhbət Antiqua və Barbuda, Dominikan, Qrenada, Sent-Kits və Nevis, eləcə də Sent Lüsiyadan gedir. Mövcud proqramlar çərçivəsində əcnəbilər bu ölkələrin iqtisadiyyatına 200 min dollardan çox investisiya yatıraraq, daşınmaz əmlak alaraq və ya dövlət büdcəsinə birbaşa ödəniş edərək onların vətəndaşlığını əldə edə bilərlər. Belə pasportlar 140-dan çox ölkəyə vizasız girişi təmin edir.
Nəşrin məlumatına görə, iyun ayında hər beş dövlətin hakimiyyət orqanları Aİ-dən məktublar alıblar ki, burada Avropa İttifaqının yeni qaydalarının bu cür proqramları həyata keçirən ölkələr üçün vizasız rejimi dayandırmağa imkan verdiyi bildirilirdi. Karib dövlətlərinə bu proqramların mərhələli şəkildə dayandırılması üçün 1 iyun 2028-ci ilə qədər vaxt verilib.
Karib hövzəsinin beş ölkəsi ümumilikdə 100 mindən çox "investisiya" pasportu verib. AK-da həmçinin qeyd edirdilər ki, belə vətəndaşlığın əldə edilməsi ərizəçinin ölkədə şəxsən olmasını tələb etmir. "The Washington Post"un mənbələrinin sözlərinə görə, bu cür proqramlar onlardan pulların yuyulması və cinayət məsuliyyətindən yayınmaq məqsədilə istifadə edilməsi riskinə görə tənqid olunur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













