Azərbaycan klublarının avrokuboklarda cavab oyunlarına hakim təyinatları açıqlanıb
Far.Az xəbər saytı

Azərbaycan klublarının avrokuboklarda cavab oyunlarına hakim təyinatları açıqlanıb


Azərbaycan təmsilçilərinin UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında keçirəcəkləri cavab oyunlarının hakim təyinatları müəyyənləşib.

"Far.Az" xəbər verir ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" və "Sabah" komandaları arasında keçiriləcək görüşü İsraildən olan referi Qal Leyboviç idarə edəcək. Ona Roy Hassan və Yossi Babayoff kömək edəcəklər. Dördüncü hakim Dekel Zino olacaq. VAR hakimi funksiyasını Daniel Bar Natan, AVAR vəzifəsini isə Eitan Şmuelevits yerinə yetirəcək.

İyulun 28-də Finlandiyada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bakıda baş tutan ilk oyunda "Sabah" 1:0 hesablı qələbə qazanıb.

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) - "Qarabağ" cavab qarşılaşması Belçikadan olan Bram Van Drisşe həvalə olunub. Mişel Seeldraeyers və İv De Neve yan xətt hakimləri, Kevin Van Damme isə dördüncü hakim olacaq. VAR hakimi Bert Put, AVAR isə Vesli De Kremer təyin edilib.

İyulun 30-da Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında Bakıda keçirilən ilk görüş qolsuz bərabərliklə yekunlaşıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk) - "Neftçi" cavab matçına Şimali İrlandiyadan olan Tim Marşall təyinat alıb. Ona Georgios Arqiropulos və Rayan Kelsi kömək edəcəklər. Dördüncü hakim Şeyn MakQoniql olacaq.

İyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe Siti" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İlk oyunda Belarus təmsilçisi Bakıda 4:2 hesablı qələbə qazanıb.

Konfrans Liqasının digər cavab oyununda "Zirə" - "Payde" qarşılaşmasını Xorvatiyadan olan Dario Bel idarə edəcək. Ona İvan Yaniç və Dino Knez kömək edəcək, dördüncü hakim funksiyasını isə Patrik Pavleşiç yerinə yetirəcək.

Tərəflər arasında cavab matçı iyulun 31-də Bakıda keçiriləcək. İlk qarşılaşmada Estoniya təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
UEFA Avropa Liqası:  "Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-3
UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər