Sakinlə iş adamı üz-üzə: "Deyir ki, heç kimdən qorxmuram"
Far.Az xəbər saytı

Sakinlə iş adamı üz-üzə: "Deyir ki, heç kimdən qorxmuram"


Xəzər rayonunun Zirə kəndində yaşayan sakin ona ata-babasından qalan 12 hektar torpaq sahəsinin təxminən 10-15 il əvvəl qanunsuz olaraq ələ keçirildiyini iddia edir.

Şikayətçi Samil Musayev bildirir ki, sözügedən əraziyə dair çıxarış və arxiv sənədləri mövcuddur. Lakin onun sözlərinə görə, iş adamı Feyruz Rzayev torpaq sahəsini zəbt edib, ərazidəki əmlakı dağıdıb və hazırda burada zeytun ağacları əkərək torpaqdan istifadə edir.

Şikayətçinin iddiasına görə, torpaq sahəsinin müqabilində ona heç bir ödəniş edilməyib. Əvəzində başqa ərazidə torpaq söz verilsə də, bu vəd yerinə yetirilməyib.

"Mənə dedi ki, bu torpağı götürürəm, sənə başqa yerdə torpaq verəcəyəm. Bu söhbət 10-15 il əvvəl olub. İndi isə deyir ki, hara istəyirsən, şikayət et, heç kimdən qorxmuram", - deyə Samil Musayev əlavə edib.

Məsələyə münasibət öyrənmək üçün Feyruz Rzayevlə telefon əlaqəsi saxlanılıb. O, səsləndirilən iddiaları rədd edərək jurnalistin suallarına ətraflı cavab verməkdən imtina edib və sərt reaksiya göstərib.

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Xocavəndin Quzeyxırman kəndində olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər