Salyanda 4 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb
Far.Az xəbər saytı

Salyanda 4 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb


Salyanda 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

"Far.Az" xəbər verir ki, Salyan rayonu Şorsulu kənd sakini 1963-cü il təvəllüdlü Qasımov Nazim Həsənağa oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə 1988-ci il təvəllüdlü Dadaşov Razi Namus oğlunun idarə etdiyi "Toyota Prado" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü Nazim Qasımov, sərnişinlər Salyan rayonu, Şorsulu kənd sakinləri 1982-ci il təvəllüdlü Qasımov İlkin Qismət oğlu, 2006-cı il təvəllüdlü Əhmədov Elnur Faiq oğlu, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu hadisə yerində ölüb.

2003-cü il təvəllüdlü Hümmətov Əlifağa Elsevər oğlu və "Toyota Prado" markalı avtomobildə olan sərnişin Salyan rayonu, Alçalı kənd sakini 2015-ci il təvəllüdlü Dadaşzadə Namus Razi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan RMX-na daxil olublar.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər