Azərbaycan Gürcüstandan avtomobil idxalını 45 % azaldıb
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycana 82,89 milyon ABŞ dolları dəyərində 2 min 456 ədəd avtomobil ixrac edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 36 %, kəmiyyət olaraq – 45 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 6 ayı ərzində Gürcüstan xarici ölkələrə 938 milyon ABŞ dolları dəyərində 38 min 759 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 23 % və 21 % azdır.
Hesabat dövründə Gürcüstandan Qırğızıstana 412,82 milyon ABŞ dolları dəyərində 10 min 701 ədəd, Qazaxıstana 204,44 milyon ABŞ dolları dəyərində 13 min 68 ədəd, İrana 89,31 milyon ABŞ dolları dəyərində 5 min 86 ədəd, Tacikistana 49,87 milyon ABŞ dolları dəyərində 2 min 966 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,8 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













