Azərbaycanda I yarımildə 35 sahibkara "Startap" şəhadətnaməsi verilib
Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) "Startap" şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektlərindən 87 müraciət daxil olub.
"Report" agentliyə istinadən xəbər verir ki, müraciətləri müvafiq sənədin verilməsi üzrə yaradılmış Ekspertlər Şurası Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Startapın müəyyən olunması meyarları"na əsasən qiymətləndirib və 35 sahibkara "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.
Şəhadətnamə almış sahibkarların 28-i hüquqi, 7-i fiziki şəxsdir. Onların 26-sı Bakı şəhərində, 9-u isə regionlarda fəaliyyət göstərir. Müvafiq sənədi almış sahibkarların 2-si qadındır.
"Startap" şəhadətnaməsi almış layihələr e-ticarət, süni intellekt, fintek, təhsil, ictimai iaşə, nəqliyyat və logistika, elektromobillərin enerji infrastrukturu, sənaye, turizm, biznes proseslərinin rəqəmsallaşdırılması kimi sahələrdə innovativ həlləri əhatə edir.
Ümumilikdə indiyə qədər 282 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib.
"Startap" şəhadətnaməsi 2021-ci ildən verilir, sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumt üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib













