Rusiya məhkumluğu olan əcnəbilərə vətəndaşlıq verməyəcək
Far.Az xəbər saytı

Rusiya məhkumluğu olan əcnəbilərə vətəndaşlıq verməyəcək


Rusiya Dövlət Duması ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Rusiya vətəndaşlığının, həmçinin daimi və müvəqqəti yaşamaq icazələrinin verilməsini qadağan edən qanunu qəbul edib.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni qaydalara əsasən, məhkumluq faktı cinayətin ağırlığından asılı olmayaraq müraciətin rədd edilməsi və ya əvvəllər verilmiş icazələrin ləğvi üçün əsas hesab olunacaq.

Bundan əlavə, 14 yaşdan yuxarı müraciətçilər vətəndaşı olduqları ölkənin səlahiyyətli orqanı tərəfindən son 3 ay ərzində verilmiş məhkumluğun olmaması barədə arayış təqdim etməlidirlər.

Qanunda bəzi istisnalar da nəzərdə tutulub. Məhdudiyyətlər 14 yaşadək uşaqlara, qaçqınlara, siyasi və ya müvəqqəti sığınacaq alan şəxslərə, eləcə də Ukrayna vətəndaşlarına tətbiq edilməyəcək. Ukrayna vətəndaşları üçün bu tələbin icrası ilə bağlı iki illik keçid müddəti müəyyən edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər