AZAL media nümayəndələri üçün intellektual yarış təşkil edib
"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) 22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün "Fibonacci" intellektual yarışını təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Tədbirin məqsədi media nümayəndələri ilə intellektual mühitdə bir araya gəlmək, qarşılıqlı dialoqu daha da möhkəmləndirmək və peşəkar əməkdaşlıq münasibətlərinin inkişafına töhfə vermək olub.
"Fibonacci" yarışı media nümayəndələri arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, fikir mübadiləsinin təşviqi və peşəkar dialoqun qeyri-rəsmi mühitdə davam etdirilməsi üçün şərait yaradıb.
Ümumilikdə 100 nəfərdən ibarət on beş komanda arasında keçirilən yarış dostluq və sağlam rəqabət şəraitində baş tutub. İştirakçılar aviasiya, məntiq və aktual mövzuları əhatə edən suallar üzrə bilik və analitik düşünmə bacarıqlarını sınayıblar. Yarışın sonunda 1-ci, 2-ci və 3-cü yer üzrə qalib komandalar Azərbaycan Hava Yolları tərəfindən müvafiq olaraq 10 000, 7 000 və 5 000 AZAL milləri ilə mükafatlandırılıblar.
Azərbaycanın milli aviadaşıyıcısı media ilə açıq, şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlığı fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir. Aviaşirkət ictimaiyyətin operativ və düzgün məlumatlandırılmasında media nümayəndələrinin rolunu yüksək qiymətləndirir, peşəkar dialoqun və uzunmüddətli tərəfdaşlığın inkişafına xidmət edən bu kimi təşəbbüslərin davam etdirilməsinə xüsusi önəm verir.
Qalereya
Oxşar xəbərlər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













