Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Far.Az xəbər saytı

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır


Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməyə və onu ayrıca daxil etməyə ehtiyac qalmır.

Qeyd edək ki, indiyədək pul köçürmələri 3D təhlükəsizlik kodu və birdəfəlik SMS kodu vasitəsilə təsdiqlənirdi. Yeni imkan təsdiq prosesini sadələşdirməklə yanaşı, təhlükəsizliyi də əvvəlki kimi qoruyur.

SİMA İmza ilə təsdiqləmə funksiyası yalnız SİMA İmza ilə qeydiyyatdan keçmiş müştərilər üçün əlçatandır. Digər istifadəçilər köçürmələrini əvvəlki qaydada 3D təhlükəsizlik kodu vasitəsilə təsdiqləyə bilərlər.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial, 50 şöbədən və 15 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər