UEFA Avropa Liqası: ÇSKA ilə oyundan öncə "Qarabağ"ın açıq məşqi baş tutub
Far.Az xəbər saytı

UEFA Avropa Liqası: ÇSKA ilə oyundan öncə "Qarabağ"ın açıq məşqi baş tutub


UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə üz-üzə gələcək "Qarabağ" oyundan əvvəl məşqə çıxıb.

"Far.Az"un məlumatına görə, Qurban Qurbanovun komandasının "Azersun Arena" stadionunda gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.

Qeyd edək ki, "Qarabağ" və ÇSKA komandaları arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Sofiya şəhərində baş tutacaq.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
"FIFA Series – 2026": Azərbaycan millisinin Sent Lüsiya yığması ilə oyundan əvvəl açıq məşqi təşkil olunub
UEFA Çempionlar Liqası: "Nyukasl"la oyundan öncə "Qarabağ"ın açıq məşqi baş tutub
Azərbaycan Kubokunun finalı: "Zirə" ilə oyundan öncə "Sabah"ın açıq məşqi baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər