ÜST: Konqo və Uqandada Ebola qurbanlarının sayı min nəfəri ötüb
Far.Az xəbər saytı

ÜST: Konqo və Uqandada Ebola qurbanlarının sayı min nəfəri ötüb


Konqo Demokratik Respublikasında və Uqandada Ebola qızdırmasından ölənlərin sayı min nəfəri ötüb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında məlumat yayılıb.

Təşkilatın məlumatına görə, Konqoda ölənlərin sayı 999-a çatıb, Uqandada daha iki ölüm halı qeydə alınıb. Laboratoriya şəraitində Konqoda 2 473, Uqandada isə 20 yoluxma halı təsdiq edilib.

Bundan başqa, Konqoda Ebola virusuna 322 yoluxma halı qeydə alınıb.

ÜST-ün məlumatına görə, iki ölkədə ümumilikdə 501 nəfər sağalıb. Ölüm göstəricisi təxminən 40 % təşkil edir.

Oxşar xəbərlər

1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
İrandan Azərbaycana indiyədək 3 322 nəfər təxliyə olunub
BP-nin dəstəyi ilə Naxçıvanda yeni laboratoriya və emalatxanalar yaradılır
Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Xocalıda soyqırım qurbanlarının xatirəsinə flaşmob keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər