"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb
Türkiyədə "Ahbap" Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb.
Far.Az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun həyata keçirdiyi istintaqın üçüncü əməliyyat mərhələsi zamanı Oğuzhan Uğur da daxil olmaqla 9 nəfər barəsində saxlanılma qərarı verilib.
İstintaq çərçivəsində daha əvvəl "Ahbap" Dərnəyinin təsisçisi Haluk Levent, onun qardaşı Berkant Acil və digər şəxslər də daxil olmaqla 18 nəfər həbs edilib.
Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları saxlanılan şəxslərin ev və iş yerlərində də axtarış aparıblar.
Qeyd edək ki, Oğuzhan Uğur 2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələlərdən sonra "Ahbap" Dərnəyi ilə əməkdaşlıq etdiyini açıqlamışdı.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Türkiyəli müğənni Haluk Levent saxlanılıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Məşhur müğənninin iş adamı olan qardaşı həbs edildi
1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İçməli su küçəyə axır - Sakinlərdən şikayət
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır"
-
Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik"
-
Quzu əti niyə fərqli qiymətlərə satılır













