ARDNF investisiya portfelində Avropa ölkələrinin payını azaldıb
Far.Az xəbər saytı

ARDNF investisiya portfelində Avropa ölkələrinin payını azaldıb


Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalarında Avropa ölkələrinin payı 27 % olub.

Bu barədə "Far.Az" Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 4,4 faiz bəndi azdır.

Hesabat dövründə portfeldə Şimali Amerika regionu ölkələrinin payı 2,2 faiz bəndi artaraq 27,5 %, Asiya regionu ölkələrinin payı 0,8 faiz bəndi artaraq 9,9 %, Yaxın Şərq regionu ölkələrinin payı dəyişməyərək 1,4 %, Avstraliya və Yeni Zelandiyanın payı 0,2 faiz bəndi artaraq 1,1 % olub, Latın Amerika regionunun payı isə dəyişməyərək 0,1 % qalıb.

ARDNF-in investisiyalarında beynəlxalq maliyyə təşkilatlarının payı 1,4 faiz bəndi azalaraq 1,6 %, qızılın payı isə əvvəlcədən deyildiyi kimi, 2,6 faiz bəndi artaraq 31,4 % olub.

Bu il iyulun 1-nə ARDNF-in investisiya portfelinin ümumi dəyəri 72 milyard 595,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il iyulun 1-i ilə müqayisədə 9,1 % çoxdur. Hesabat tarixinə Fondun aktivləri isə 72 milyard 596 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 9,1 % çoxdur.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
SOCAR-ın dəstəyi ilə hazırlanmış "Qara qızılın sirri" adlı kitabın təqdimatı keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər