İpoteka və Kredit Zəmanət Fondu 20 ildə 201 milyon manat mənfəət əldə edib
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) fəaliyyətdə olduğu 2006-2025-ci illərin hamısını mənfəətlə başa vurub, 20 ildə ümumilikdə 201 milyon manat mənfəət əldə edib.
"Far.Az" xəbər verir ki, bunu Fondun baş meneceri Rasim Abdullayev bildirib.
Bundan başqa, onun sözlərinə görə, bu il iyulun 1-nə qurumun aktivləri 4,2 milyard manat, o cümlədən məcmu kapitalı 1,4 milyard manat təşkil edib.
"Beləliklə, İKZF-nin kapitalının aktivlərinə nisbəti 30 % təşkil edir ki, bu da onun yüksək kapitallaşma səviyyəsinə malik olmasından xəbər verir. Fondun bütün fəaliyyət istiqamətlərində beynəlxalq təcrübəyə əsaslanan vahid və təkmin standartlar tətbiq olunmaqdadır.", - deyə R.Abdullayev qeyd edib.
Onun sözlərinə görə, İKZF-nin dövriyyədə olan istiqrazların dəyəri 2,7 milyard manatdır: "2009-cu ildən bu günə qədər 1,2 milyard manatlıq istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib, istiqraz sahiblərinə 389,4 milyon manat faiz ödənilib".
Oxşar xəbərlər
Xalq artisti Rasim Balayev dəfn olundu
Xalq artisti Rasim Balayevlə vida mərasimi başa çatıb
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













