Yazıçı Nihat Pir: Ədəbiyyat cəmiyyəti dəyişən ən böyük alətdir
Yazıçı-publisist, jurnalist Nihat Pir ədəbiyyatın cəmiyyəti dəyişdirmək gücünə malik olduğunu bildirib.
"Report" xəbər verir ki, Report Media Məktəbinin tələbləri ilə görüşə gələn yazıçı ədəbiyyatın insana təsir imkanlarından danışıb.
"Ədəbiyyat cəmiyyəti dəyişən ən böyük alətdir, çünki insanda sağlam düşüncə formalaşdırır. Toplumun gələcək inkişafı üçün də çox vacibdir. Özümə gəldikdə isə kimisə dəyişdirmək üçün yazmıram. Belə bir öhdəliyim də yoxdur. Sadəcə yazmaq istədiklərimi qələmə alıram", – N.Pir vurğulayıb.
Bu yaxınlarda "Miraj" adlı kitabı işıq üzü görən yazıçı 2017-ci ildən yaradıcılıqla məşğul olduğunu söyləyib:
"Kitabda yer alan yeddi hekayədə kənd və şəhər motivləri, Qarabağa qayıdış və digər mövzular əksini tapıb. Bəzi hekayələrin sonluğunu açıq saxlamışam. Məqsəd oxucunu hadisələrin finalı barədə düşünməyə sövq etməkdir".
N.Pir sosial şəbəkələrin yaradıcılığına təsirindən də danışıb.
"Feysbukda mütəmadi postların paylaşılması yazı qabiliyyətinin inkişafına müəyyən dərəcədə müsbət təsir edir. Burada yazmaq daha rahatdlr. Fikirləri ifadə etmək, bir mövzudan digərinə keçid almaq baxımından bu platforma mənə çox kömək edib. Həmin üsulda ədəbi mətn yazmağı isə hələ sınamamışam", - yazıçı qeyd edib.
Nihat Pir (Piriyev) 1995-ci ildə Ucar rayonunun Lək kəndində anadan olub.
Lənkəran Dövlət Universitetində bakalavr, Bakı Slavyan Universitetində isə magistratura pillələrini bitirib.
2018-ci ildən müxtəlif media orqanlarında çalışıb. "525-ci qəzet", "Ədalət", "Ulduz", Kulis.az kimi mətbuat orqanlarında publisistik və ədəbi yazılarla çıxış edib. 2024-cü ildən "Report" İnformasiya Agentliyində mədəniyyət müxbiri vəzifəsində çalışır.
2026-cı ildə "Miraj" əsəri işıq üzü görüb.
Oxşar xəbərlər
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
Yazıçı Nihat Pirin ilk hekayələr kitabı təqdim edilib
"Report" Media Məktəbinin 20-ci qrupu təlim proqramına qoşulub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
"Aston Villa" "Çelsi"nin cinah hücumçusu Alexandro Qarnaçonun transfer edib
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
-
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib













