Tbilisi metrosu və Gürcüstan Dəmir Yolları fəaliyyətini bərpa edib - YENİLƏNİB
Far.Az xəbər saytı

Tbilisi metrosu və Gürcüstan Dəmir Yolları fəaliyyətini bərpa edib - YENİLƏNİB


Tbilisi Metropoliteni və Gürcüstan Dəmir Yolları fəaliyyətini bərpa edib.

Bu barədə "Report"un Gürcüstan bürosu xəbər verir.

Bildirilib ki, Gürcüstanda səhər saatlarında baş vermiş genişmiqyaslı elektrik kəsintisindən sonra fəaliyyətində fasilə yaranan hər iki qurum yenidən normal iş rejiminə qayıdıb.

Hazırda həm Tbilisi Metropoliteni, həm də Gürcüstan Dəmir Yolları fəaliyyətini tam bərpa edərək sərnişinlərə xidmət göstərir.

Gürcüstanda iyulun 24-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması məqsədilə səhər saatlarında Tbilisi və regionların bəzi hissələrində elektrik enerjisinin verilməsi qısa müddətə dayandırılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, nəticədə Tbilisi metrosunun fəaliyyəti müvəqqəti dayanıb, Gürcüstan Dəmir Yolları da qatarların hərəkətində gecikmələrin yarandığını açıqlayıb.

Bildirilib ki, hazırda bərpa işləri davam etdirilir və ölkə üzrə elektrik təchizatının tam bərpası qısa müddətdə başa çatdırılacaq.

Eyni zamanda, qəzanın dəqiq səbəblərinin araşdırıldığı da vurğulanıb.

Xatırladaq ki, iyulun 24-nə keçən gecə saat 01:00 radələrində Tbilisi və Gürcüstanın əksər bölgələrində enerji sistemində baş vermiş qəza nəticəsində elektrik və telekommunikasiya şəbəkələrinin fəaliyyətində genişmiqyaslı fasilələr yaranmışdı. Hadisənin səbəblərinin araşdırılması üçün Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GNERC) xüsusi araşdırmaya başlayıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər