Hüquqi şəxslərin əmanətlərinin sığortalanması ilə bağlı müzakirələr aparılır
Hüquqi şəxslərin əmanətlərinin sığortalanması ilə bağlı Mərkəzi Bankla müzakirələr aparılır.
"Far.Az" xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, müxtəlif ölkələrin təcrübəsində istər fiziki şəxslər, istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, istərsə də hüquqi şəxslər üçün kompensasiya limitləri müəyyən edilir: "Yəni onların əmanətlərinin yalnız müəyyən hissəsinin kompensasiya olunduğu modellər mövcuddur. Gələcəkdə bu modellərin daha dərindən təhlil edilərək qanunvericilik səviyyəsində təsbit olunması mümkündür. Bu istiqamətdə işlər aparılır, müxtəlif dövrlərdə yaranan çağırışlar da nəzərə alınır. Biz də bu məsələ üzərində düşünürük, Mərkəzi Bankla müzakirələr aparırıq. Hesab edirəm ki, bu istiqamətdə müəyyən qədər daha yetkin yanaşmanın formalaşmasına ehtiyac var. Çünki birdən-birə hüquqi şəxslərin bloklanmış vəsaitlərinin də tam həcmdə sığortalanması ciddi sığorta riskləri yarada bilər".
O qeyd edib ki, bunun üçün də bu məsələ çox diqqətlə təhlil edilməli, mövcud vəziyyət qiymətləndirilməli və yalnız bundan sonra hər hansı dəyişikliklər edilməlidir: "Kənardan baxanda ilk baxışda bu diskriminasiya kimi görünə bilər və sual yarana bilər ki, niyə əmanətlərin sığortalanması yalnız fiziki şəxslərə şamil olunur. Lakin hüquqi şəxslərin vəsaitləri iqtisadi baxımdan daha dinamik xarakter daşıyır. Yəqin ki, tənzimləyici və qanunverici də məsələyə bu prizmadan yanaşır. Belə ki, hüquqi şəxslər üçün depozit hesablarında vəsait saxlamaq, məsələn, 12 % gəlirliliklə daha cəlbedici ola bilər. Halbuki ölkə iqtisadiyyatı baxımından həmin vəsaitlərin dövriyyədə olması daha məqsədəuyğun hesab edilir. Əgər məsələyə yalnız sığortaçı prizmasından yanaşsaq, hüquqi şəxslərin də əmanətlərini sığortalamaq, daha çox sığorta haqqı toplamaq və fondun maliyyə dayanıqlığını artırmaq mümkün olar. Ancaq iqtisadiyyat bütöv bir sistemdir. Bir sahədə edilən dəyişiklik başqa bir sahəyə də təsir göstərə bilər. Buna görə də belə qərarlar yalnız kompleks təhlillərdən sonra qəbul edilməlidir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
-
Nigar Camal bu dəfə həm müğənni, həm də aparıcı oldu
-
Venesuela BCM-dən çıxma prosesini rəsmən başladıb
-
Türkiyədə saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
-
Tramp ermənipərəst konqresmen Adam Şiffi "yekəbaş" adlandırıb
-
BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb













