NYT: ABŞ "Patriot" raketlərinin çatışmazlığı səbəbindən İranla münaqişənin eskalasiyasını təxirə salıb
Far.Az xəbər saytı

NYT: ABŞ "Patriot" raketlərinin çatışmazlığı səbəbindən İranla münaqişənin eskalasiyasını təxirə salıb


ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların əhəmiyyətli dərəcədə genişləndirilməsini "Patriot" zenit-raket kompleksləri və digər hava hücumundan müdafiə vasitələri üçün raket-tutucuların ehtiyatlarının daha da tükənməsi riski səbəbindən müvəqqəti olaraq təxirə salıb.

"Far.Az" "The New York Times" qəzetinə istinadən xəbər verir ki, bu qərar iyulun 24-də əsas müşavirlər və yüksəkvəzifəli rəsmilərlə keçirilən görüşdən sonra qəbul edilib.

Görüşün əsas mövzusu raket-tutucuların ehtiyatlarının azalması olub.

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn xəbərdarlıq edib ki, Mərkəzi Komandanlıq İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa edə bilər, lakin bu halda raket-tutucuların ehtiyatı təhlükəli dərəcədə aşağı səviyyəyə enə bilər.

Qəzet yazır ki, Trampın yaxın çevrəsinin əksər üzvləri münaqişənin daha da gərginləşdirilməsini dəstəkləmir.

Amerikalı rəsmilərdən birinin sözlərinə görə, genişmiqyaslı zərbələr İranı danışıqlara qayıtmağa məcbur etməyəcək, əksinə, İran cəmiyyətinin daha da birləşməsinə səbəb ola bilər. Bundan əlavə, "The New York Times" qeyd edir ki, ABŞ administrasiyası münaqişənin genişlənməsi, Fars körfəzi regionundakı müttəfiqlərlə münasibətlərin pisləşməsi, həmçinin enerji və miqrasiya böhranlarının dərinləşməsi risklərindən narahatdır.

"Axios" da mənbələrə istinadən məlumat yayıb ki, ABŞ Prezidenti Donald Tramp təxminən iki həftə davam edən gündəlik hücumlardan sonra Amerika hərbçilərinə İrana qarşı zərbələri dayandırmaq əmri verib.

Nəşr hesab edir ki, qərar, Oman rəsmilərinin Tehranda danışıqlar apardığı və Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı mümkün razılaşma ilə bağlı "müəyyən irəliləyiş" əldə edildiyi bir vaxtda verilib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər