Yaponiyada 40 dərəcəlik istilərin ən uzunmüddətli dövrü qeydə alınıb
Far.Az xəbər saytı

Yaponiyada 40 dərəcəlik istilərin ən uzunmüddətli dövrü qeydə alınıb


Yaponiyanın bir sıra bölgələrində ardıcıl beşinci gündür ki, ekstremal istilər müşahidə olunur - havanın temperaturu 40°C-ni ötür.

"Report" NHK-ya istinadən xəbər verir ki, şənbə günü 2011-ci ildən bəri temperaturun 40°C və daha yüksək olduğu ən uzunmüddətli dövr kimi qeydə alınıb.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Gifu prefekturasının Mino və Tacimi şəhərlərində temperatur müvafiq olaraq 40,8°C və 40,7°C, Miye prefekturasının Kuvana şəhərində isə 40,6°C olub.

Yamanasi prefekturasının Kofu şəhərində isə Tokaydo bölgəsindən kənarda ilk dəfə olaraq termometrlər 40°C-ni göstərib. Son günlər anomal istilər nəticəsində minlərlə insan günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Kanto bölgəsindən qərbdə yerləşən əksər prefekturalarda xəbərdarlıq elan olunub.

Hakimiyyət orqanları sakinləri kondisionerli məkanlarda qalmağa, uzun müddət açıq havada olmamağa və mütəmadi su içməyə çağırır. Xüsusilə yaşlılara və uşaqlara xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Bakı sakinləri Zəfərin beşinci ildönümünü qeyd edir
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər