Tramp İranı hədələyib
Far.Az xəbər saytı

Tramp İranı hədələyib


ABŞ "100% istədiyinə" nail olmayacağı təqdirdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa edəcək.

"Far.Az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Fransanın LCI telekanalının jurnalisti Sonya Dridi ilə telefon danışığı zamanı bildirib.

Jurnalistin "X" sosial şəbəkə hesabında yayımladığı məlumata görə, Tramp Vaşinqtonun Tehrana qarşı irəli sürdüyü konkret tələblərin nədən ibarət olduğunu açıqlamayıb.

Xatırladaq ki, daha əvvəl Axios portalı iyulun 25-nə keçən gecə Trampın təxminən iki həftə davam edən İrana hava zərbələrinin dayandırılması barədə göstəriş verdiyini yazmışdı. Nəşrin məlumatına görə, bu, Oman nümayəndələrinin Tehranda apardığı danışıqlar fonunda baş verib.

Nəşr qeyd edir ki, görüş zamanı Hörmüz boğazı vasitəsilə gəmiçiliyin mümkün bərpası məsələsində müəyyən irəliləyiş əldə olunub.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər