ABŞ hərbçiləri Ərəb dənizində tankeri yoxlayıblar
Far.Az xəbər saytı

ABŞ hərbçiləri Ərəb dənizində tankeri yoxlayıblar


ABŞ hərbçiləri Ərəb dənizində tankerin göyərtəsinə qalxaraq yoxlama aparıblar.

"Far.Az2 xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Birləşmiş Ştatların qüvvələri bu gün Ərəb dənizində Komor adaları bayrağı altında hərəkət edən Charminar tankerinin göyərtəsinə yoxlama aparmaq üçün qalxıb. Hazırda gəmi öz marşrutu üzrə hərəkətini davam etdirir", – məlumatda deyilir.

Bundan əlavə, CENTCOM təsdiqləyib ki, iyulun 24-də Oman körfəzində Mozambik bayrağı altında üzən Lavine tankerinin fəaliyyətini dayandırıb.

Qeyd olunur ki, komandanlığın məlumatına görə, iyulun 14-də İranla bağlı dəniz blokadasının bərpasından sonra ABŞ hərbçiləri 12 kommersiya gəmisinin istiqamətini dəyişdirib, iki gəmiyə eniş həyata keçirib və daha iki gəmini sıradan çıxarıb.

Oxşar xəbərlər

Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib
Azərbaycandan Türkmənistana hədiyyə olunan tankerin GÖRÜNTÜLƏRİ
Azov dənizində gəmiyə PUA hücumu zamanı yaralanan Azərbaycan vətəndaşları vəziyyətlərindən danışdılar
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlanıb
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər