Elbrusda faciə: Bosniya və Herseqovinadan olan beş alpinist həlak olub
Far.Az xəbər saytı

Elbrusda faciə: Bosniya və Herseqovinadan olan beş alpinist həlak olub


Rusiyanın Elbrus dağında baş verən faciənin təfərrüatları məlum olub. Zirvəyə qalxmağa çalışan yeddi nəfərlik alpinist qrupunun Bosniya və Herseqovina vətəndaşlarından ibarət olduğu müəyyən edilib. Hadisə nəticəsində qrupun beş üzvü həyatını itirib.

Far.Az xəbər verir ki, iki alpinist sağ qalıb. Onlardan biri dağdan enərək xilasedicilərə məlumat verməyə nail olub. Digər şəxs isə hadisə yerində xilas edilərək tibbi yardım alıb. Hazırda hər iki alpinistin xəstəxanada müalicəsi davam etdirilir.

Məlumata əsasən, hadisə zamanı qrupun iki üzvünün səhhəti qəfil pisləşib. Bundan sonra alpinistlər təcili yardım siqnalı göndəriblər.

Siqnal daxil olduqdan sonra Elbrus dağında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başlanılıb. Əməliyyata Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus Yüksək Dağlıq Axtarış-Xilasetmə Dəstəsinin əməkdaşları cəlb olunub. Xilasedicilər çətin hava və relyef şəraitində qalan alpinistlərə yardım göstəriblər.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər