Rusiyanın Xerson vilayətini atəşə tutması nəticəsində iki nəfər həlak olub, 24 nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Rusiyanın Xerson vilayətini atəşə tutması nəticəsində iki nəfər həlak olub, 24 nəfər xəsarət alıb


Rusiya ordusu sutka ərzində aviasiya, dron və artilleriya ilə Ukraynanın Xerson vilayətinin 36 yaşayış məntəqəsinə hücum edib.

"Far.Az" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində iki nəfər həlak olub, 24 nəfər yaralanıb.

"Yaşayış məhəllələri, kritik və sosial infrastruktur obyektləri zərbələrə məruz qalıb. Qaz kəmərləri, yanacaqdoldurma məntəqəsi, kilsə, mağazalar, 18 çoxmərtəbəli bina, 17 fərdi ev, təsərrüfat tikilisi, qarajlar və avtomobillər zədələnib", - o dəqiqləşdirib.

Xerson Şəhər Hərbi Administrasiyasının rəhbəri Yaroslav Şankonun məlumatına görə, Xerson, Kamışan, Antonovka, Priozernı və Zimovik hücumlara məruz qalıb.

Oxşar xəbərlər

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib: 7 ölü, 47 yaralı var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər