İran Ərbildəki ABŞ hərbi infrastrukturunu demək olar ki, tamamilə sıradan çıxarıb
İran İraqın Ərbil şəhərində yerləşən ABŞ hərbi obyektlərinə endirilən zərbələrin ciddi nəticələr verdiyini iddia edib.
Far.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, ölkə ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya bildirib ki, hədəfə alınan Amerika hərbi infrastrukturunun böyük hissəsi artıq fəaliyyət qabiliyyətini itirib.
Onun sözlərinə görə, Ərbildə yerləşən ABŞ hərbi obyektləri demək olar ki, tamamilə məhv edilib və bazaların əhəmiyyətli hissəsi effektiv əməliyyat imkanlarını itirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Daha sonra iyun ayında Vaşinqton və Tehran arasında bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalansa da, iyulun 8-də ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri yenidən bərpa edib. Buna cavab olaraq İran da ABŞ-nin regiondakı hərbi obyektlərini hədəfə almağa başlayıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













