"Liverpul" Georgi Mamardaşvilini növbəti mövsümdə icarəyə verməyi planlaşdırır
Far.Az xəbər saytı

"Liverpul" Georgi Mamardaşvilini növbəti mövsümdə icarəyə verməyi planlaşdırır


İngiltərənin "Liverpul" klubu gürcüstanlı qapıçı Georgi Mamardaşvilini növbəti mövsümdə icarəyə vermək qərarına gəlib.

"Report" "TeamTalk"a istinadən xəbər verir ki, mersisaydlılar komandanın braziliyalı qolkiperi Alisson Bekeri isə heyətdə saxlamağı planlaşdırır.

33 yaşlı qapıçı gələn mövsümdə də "Liverpul"un əsas heyət üzvü olaraq qalacaq. Bildirilir ki, İtaliyanın "Yuventus" klubu A.Bekerin transferində maraqlı olsa da, İngiltərə təmsilçisinin rəhbərliyi onu buraxmamaq qərarına gəlib. Təcrübəli oyunçular Endryu Robertson və Məhəmməd Salahın gedişindən sonra uzun illərdir əsas heyətdə çıxış edən qolkiperin saxlanılmasına qərar verilib.

Qeyd edək ki, qolkiper 2018-ci ildən "Liverpul"un formasını geyinir.

Oxşar xəbərlər

WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
"Liverpul"un qapıçısı Alisson Bekker "İnter" və "Yuventus"un hədəfindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər