Yusif İldırımzadənin qardaşı cinayət məsuliyyətinə cəlb edilib
Xətainin sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım barəsində cinayət işi başlanılıb.
“Far.Az”un əldə etdiyi məlumata görə, ona verilən ittihama əsasən, Rasim İldırım jurnalist, “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.
Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fəxri Məmmədovun icraatında araşdırılacaq.
Qeyd edək ki, Rasim İldırımın bir qardaşı da Əmrah Bankın təsisçisi Yunus İldırımzadədir.
Oxşar xəbərlər
Jurnalist övladları da tələbə adı qazandılar - SİYAHI+FOTOLAR
Bir milyon manatdan çox dələduzluqla əlaqədar məhkəmədə bəraət alan şəxslə bağlı protest verilib
Nəcməddin Sadıkov barəsində araşdırma aparıldığı TƏSDİQLƏNİB
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı növbəti məhkəmə keçirilib
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Bu şəraiti ona baş həkim yaratmışdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













