İordan çayının Qərb sahilində toqquşmalar şiddətləndi
İordan çayının Qərb sahilində Fələstin müqavimət qrupları ilə İsrail ordusu arasında gərgin qarşıdurmalar davam edir.
Far.Az xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Qüvvələri Qərb sahilində yerləşən bir çox şəhər və kəndə giriş-çıxışı məhdudlaşdırıb. Eyni zamanda, fələstinlilərin həm İsrail hərbçilərinin, həm də yəhudi məskunlaşanların hücumlarına məruz qaldığı bildirilir.
Telekanalın yaydığı məlumata əsasən, Ramallah şəhərinin şimalında yeni yəhudi məskunlaşma məntəqəsinin yaradılması istiqamətində işlər aparılır.
Bununla yanaşı, Qərb sahilində son bir həftədir yanacaq çatışmazlığı yaşandığı, çoxsaylı fələstinlilərin əməkhaqqının ödənilmədiyi və bir sıra məktəblərin fəaliyyətini dayandırdığı qeyd olunur.
Məlumata görə, toqquşmalar Nablus, Xevron, Huvara, Beyt-Furik şəhərlərində, Əl-Maniyə kəndinin qərbində yerləşən Əl-Qarn bölgəsində, Masafer-Yatta ərazisində və digər yaşayış məntəqələrində qeydə alınıb.
Həmçinin İsrail qüvvələrinin Əl-Ərrub qaçqın düşərgəsində reydlər keçirdiyi, əməliyyat zamanı odlu silahdan, tüstü şaşkalarından və səs-küy qumbaralarından istifadə etdiyi bildirilib.
Oxşar xəbərlər
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













