Xamenei: "Hizbullah"ın müdafiəsi İranın strateji siyasətidir
ABŞ və İsrailin hücumlarına görə Yaxın Şərqdə yaşayanların müqavimətdən başqa yolu qalmayıb.
"Report" xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Müctəba Xameneinin Livanda fəaliyyyət göstərən "Hizbulah" qruplaşmasına ünvanladığı məktubda bildirilib.
"Livan "Hizbullah"ı İsrail və onun havadarlarının hücumuna qarşı mübarizədə sarsılmaz qaya kimi dayanır", - Xamenei yazıb.
Onun sözlərinə görə, "Hizbullah"ın müdafiəsi İranın strateji siyasəti kimi müəyyən edilib: "Livanın ərazi bütövlüyünün qorunub saxlanılması və İsrailin təcavüzünün tam aradan qaldırılması ABŞ ilə müharibənin dayandırılmasına dair qarşılıqlı anlaşma memorandumunun ilk şərtidir".
Xatırladaq ki, iyulun 21-də ABŞ Prezidenti Donald Tramp, "Hizbullah" hərəkatının rəhbərliyi ilə birbaşa dialoq aparmağa hazır olduğunu bildirib.
İslamabad Anlaşma Memorandumunun icrasına gəlincə, bu istiqamətdə danışıqlar davam edir. İran danışıqların ilk növbədə Hörmuz boğazındakı problemlər, sonra dondurulmuş İran aktivlərinin blokdan çıxarılması və sonda nüvə proqramı üzrə aparılmasında israrlıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər













