“Hizbullah” İsrailin kəşfiyyat bazasına yeni raket zərbəsi endirib
Far.Az xəbər saytı

“Hizbullah” İsrailin kəşfiyyat bazasına yeni raket zərbəsi endirib


Livanın “Hizbullah” hərəkatı İsrailin Təl-Əviv yaxınlığındakı hərbi kəşfiyyat bazasına yeni raket zərbəsi endirdiyini açıqlayıb.

Bu barədə “Far.Az” “Al Arabia”ya istinadən xəbər verir.

İdarə olunmayan raketlər İsrail Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin bir hissəsi olan və radioelektron kəşfiyyatla məşğul olan bölmənin “Qlilot” bazasına tərəf atılıb.

Öz növbəsində “The Times of Israel” qəzeti bu gün Livandan İsrailin Yuxarı Qaliley bölgəsi və Hayfa körfəzi ərazisinə azı 25 idarə olunmayan raket atıldığını yazıb.

Daha əvvəl İsrailin mərkəzindəki Tira şəhərinə raket hücumu nəticəsində 11 nəfər yaralanıb.

Qeyd edək ki, sentyabrın sonundan bəri İsrail Livanın cənubunda və Beyrutda “Hizbullah” infrastrukturlarını fəal şəkildə məhv edir. İsrail ordusu həmçinin Livanın cənubundakı sərhəd bölgəsindəki “Hizbullah” hədəflərinə qarşı məhdud quru reydlərinə başladığını da aşıqlayıb. “Hizbullah” isə hər gün İsrail ərazisinə raket zərbələri endirir.

Oxşar xəbərlər

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Təl-Əvivdə yük maşınının avtobus dayanacağına çırpılması nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər