Barselona metrosundakı yağın kütləvi zəhərlənməyə səbəb olub
Far.Az xəbər saytı

Barselona metrosundakı yağın kütləvi zəhərlənməyə səbəb olub


Barselona metrosunda baş verən yanğın nəticəsində 137 nəfər tüstüdən zəhərlənib, onlardan 40-ı xəstəxanaya yerləşdirilib.

"Far.Az"un La Vanguardia-ya istinadən verdiyi məlumata görə, yanğın axşam saatlarında "Klot" və "Qlories" stansiyaları arasında baş verib.

Belə ki, maşinist alovu təxminən 50 metr məsafədən görüb, qatarı təcili dayandırıb və xilasediciləri çağırıb. Lakin güclü tüstülənmə səbəbindən sərnişinlər yanğınsöndürənlərin gəlməsini gözləməyib, vaqonların qapılarını açaraq tunel vasitəsilə özləri təxliyə olunublar. Hadisə zamanı qatarda təxminən 300 nəfər olub.

İlkin məlumata görə, yanğının səbəbi tuneldəki kontakt şəbəkəsinin zədələnməsi olub. Hadisə səbəbindən metro xəttində hərəkət demək olar ki, tamamilə dayanıb. Hərəkətin iyulun 28-i səhər bərpa olunması planlaşdırılır.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Bakıda dörd tunel və üç yeraltı piyada keçidi inşa edilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər