AFFA fiziki performansın testlər vasitəsilə müəyyən edilməsinə dair vebinar təşkil edib
Futbol sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə AFFA tərəfindən vebinarlar seriyası çərçivəsində "Fiziki performansın testlər vasitəsilə müəyyən edilməsi" mövzusunda növbəti onlayn təlim keçirilib.
"Report" quruma istinadən xəbər verir ki, təlimdə 40-a yaxın fiziki hazırlıq üzrə məşqçi, fiziki tərbiyə müəllimi və akademiya nümayəndəsi iştirak edib.
AFFA-nın Futbolun İnkişafı Departamentinin fiziki hazırlıq üzrə eksperti Turcay Əhmədov tərəfindən keçirilən vebinarda fiziki performans testlərinin məqsədi, testlərin düzgün seçilməsi və tətbiqi, eləcə də nəticələrin məşq prosesində istifadəsi barədə məlumat verilib.
Seminar zamanı sürət, dözümlülük, partlayıcı güc, çeviklik, koordinasiya və antropometrik göstəricilərin qiymətləndirilməsi üçün istifadə olunan testlər təqdim edilib. Müxtəlif yaş qruplarına uyğun testlərin seçilməsi, ölçmələrin vahid protokollar əsasında aparılması, nəticələrin etibarlılığı və doğruluğu mövzularına xüsusi diqqət yetirilib.
Bildirilib ki, testlər futbolçunun yaşına və fiziki inkişaf mərhələsinə uyğun seçilməli, əldə olunan nəticələr isə yalnız məlumatların toplanması üçün deyil, oyunçuların inkişafının izlənilməsi və məşq proqramlarının təkmilləşdirilməsi məqsədilə istifadə edilməlidir.
İnteraktiv formatda təşkil olunan vebinarda iştirakçılar müxtəlif praktik situasiyaları müzakirə edib, yaş qrupları üzrə uyğun testlərin seçilməsi ilə bağlı tapşırıqları yerinə yetiriblər. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib













