Vətəndaşlar artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Vətəndaşlara təqdim olunan rəqəmsal xidmətlərin vahid platforma üzərindən əlçatanlığının təmin edilməsi məqsədilə "mygov" platformasında daha iki yeni xidmət istifadəyə verilib. Ədliyyə Nazirliyinin təqdim etdiyi "Vəkilə verilən etibarnamənin təsdiq edilməsi" və "Bank xidmətlərindən istifadə edilməsi ilə bağlı etibarnamənin verilməsi" xidmətləri "mygov" platformasına inteqrasiya olunub. Xidmətlər həm my.gov.az portalı, həm də "mygov" mobil tətbiqi üzərindən vətəndaşlar üçün əlçatandır.
"Bank xidmətlərindən istifadə edilməsi ilə bağlı etibarnamənin verilməsi" xidməti vasitəsilə vətəndaş digər şəxsə öz adından bank əməliyyatlarını (hesab açmaq, hesabdakı vəsaitləri nağdlaşdırmaq, köçürmələr etmək və s.) həyata keçirmək səlahiyyəti verə bilər. "Vəkilə verilən etibarnamənin təsdiq edilməsi" xidməti isə bir şəxsin vəkilə onun adından hüquqi məsələlərin həlli, məhkəmədə təmsilçilik və digər hüquqi əməliyyatların aparılması üçün səlahiyyət verdiyini təsdiq edən sənəddir.
Xidmətlərdən istifadə üçün vətəndaş "mygov" tətbiqində "Xidmətlər" bölməsinə daxil olur. "Bank etibarnaməsi" üçün "Məşğulluq", "Vəkil etibarnaməsi" üçün isə "Şəxsi" kateqoriyasından müvafiq xidmət seçilir. Daha sonra tələb olunan məlumatlar daxil edilərək etibarnamə müvafiq şəxsə təqdim edilir.
İstifadəçilər müraciətin statusunu "Müraciət tarixçəsi" bölməsindən izləyə və sənəd hazır olduqdan sonra ona çıxış əldə edə bilirlər.
Qeyd edək ki, sözügedən xidmətlərlə yanaşı, bundan əvvəl də müxtəlif həyat hadisələri əsasında Ədliyyə Nazirliyinin 5 xidməti, notariat fəaliyyəti ilə bağlı 6 xidməti, eləcə də tərcümə və fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim olunması xidmətləri "mygov" platformasına inteqrasiya olunub.
"mygov" mobil tətbiqini yükləmək üçün keçid: https://onelink.to/rryy4q
Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:
Oxşar xəbərlər
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib













