Ayxan Hacızadə: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şərh edilməsinə son qoyulmalıdır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə Azərbaycan Xarici İşlər Nazirliyi münasibət bildirib.
Far.Az xəbər verir ki, XİN-in mətbuat katibi Ayxan Hacızadə Zaxarovanın açıqlamalarının reallığı əks etdirmədiyini və tarixi faktların təhrif edildiyini bildirib.
O qeyd edib ki, Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən hər zaman Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Bu baxımdan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mexanizmlərinin vaxtilə Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərinə tətbiq olunmasının mümkünlüyü barədə iddialar əsassızdır.
Ayxan Hacızadənin sözlərinə görə, bu məsələnin Qarabağın Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi həm Rusiyanın indiyədək bəyan etdiyi rəsmi mövqeyə ziddir, həm də hüquqi əsasdan məhrumdur.
XİN rəsmisi vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquqa uyğun şəkildə bərpa edib və bununla da keçmiş münaqişəyə son qoyulub.
O, həmçinin Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqələndirilərək şərh edilməsinin yolverilməz olduğunu qeyd edib.
Xatırladaq ki, Mariya Zaxarova iyulun 27-də "Qvardeysk" gənclər forumunda çıxışı zamanı Ermənistanın vaxtilə KTMT mexanizmlərinin tətbiqini tələb etdiyini, lakin Qarabağın Ermənistan tərəfindən nə öz ərazisi, nə də müstəqil qurum kimi tanınmadığı üçün bu mexanizmlərin işə salınmasının mümkün olmadığını bildirmişdi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": İran dörd günlük atəşkəsdən sonra ABŞ-nin İordaniyadakı bazasına ballistik raketlər atıb
-
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb
-
Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
-
Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib
-
Yaponiyada baş verən zəlzələdə azı altı nəfər həlak olub













