Albaniya Rusiyanın Ukraynada Latviyanın fəxri konsulluğunu hədəf almasını qınayıb
Albaniya Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərinə Latviyanın fəxri konsulluğunun binasına ziyan dəyməsilə nəticələnən Rusiya hücumunu qınayıb.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, bu barədə Albaniyanın xarici işlər naziri Ferit Hoxha "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Biz Slovyanskda Latviyanın fəxri konsulluğuna zərbə endirən Rusiya hücumunu qətiyyətlə qınayırıq. Albaniya Latviya və Ukrayna ilə tam həmrəydir", - nazir bildirib.
O, Albaniyanın diplomatik nümayəndəliklərinin də oxşar hücumlarda hədəfə alındığını xatırladıb:
"Biz öz təcrübəmizdən bilirik ki, bu cür hücumlar sadəcə binalara edilən hücumlar deyil. Onlar beynəlxalq hüquqa, qaydalara əsaslanan beynəlxalq nizama və demokratik dünyanı birləşdirən prinsiplərə qarşı hücumlardır. Lakin onlar nə Ukraynanın cəsarətini, nə də beynəlxalq ictimaiyyətin Ukraynanın yanında olmaq həmrəyliyini və qətiyyətini məhv edə biləcək".
Qeyd edək ki, Slavyanska hücum nəticəsində 5 nəfərin öldüyü, 9 nəfərin yaralandığı açıqlanıb. İnsidentlə bağlı Latviya Rusiyaya nota verib.
Oxşar xəbərlər
Ferit Hoxha: Aİ-nin heç bir üzvü Albaniyanın ittifaqa qoşulmasını bloklamayıb
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
İrandan 5 ölkənin diplomatik nümayəndəliklərinin əməkdaşları Azərbaycana təxliyə olunub - YENİLƏNİB-2
Köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib
Köç karvanı Ağdam şəhərinə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib
-
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
-
Hindistan, Pakistan və Əfqanıstanda daşqınlar 82 nəfərin həyatına son qoyub













