İran Xəzər dənizində gəmiyə edilən hücuma görə Ukraynadan təzminat tələb edib - YENİLƏNİB
Far.Az xəbər saytı

İran Xəzər dənizində gəmiyə edilən hücuma görə Ukraynadan təzminat tələb edib - YENİLƏNİB


Rəsmi Tehran Xəzər dənizində İranın mülki gəmisinə edilən hücumla bağlı Ukraynadan təzminat tələb edib.

"Far.Az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andrey Sibiqa ilə baş tutan telefon danışığı ilə bağlı "X" sosial şəbəkəsində etdiyi paylaşımda vurğulayıb.

Əraqçi bildirib ki, Sibiqa onu İran gəmisinə hücumun qəsdən olunmadığına əmin edib.

"İran da eskalasiya istəmir, lakin vətəndaşlarımıza və ya maraqlarımıza qarşı hər hansı hücumun qəbuledilməz olduğunu açıq şəkildə bildirdim. İtkilərə görə təzminat ödənilməlidir", - o bildirib.

İran Xarici İşlər Nazirliyi iyulun 25-də Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücum etməsi nəticəsində bir heyət üzvünün həlak olduğu, ikisinin isə yaralandığına dair məlumat yayıb. Ukrayna lideri Volodimir Zelenski, öz növbəsində, "Telegram"da yazıb ki, Ukrayna Silahlı Qüvvələri Xəzərdə İrandan Rusiyaya hərbi yüklərin daşınması üçün istifadə olunan gəmiləri vurub.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa iranlı həmkarı Abbas Əraqçi ilə Xəzər dənizində İranın mülki gəmisinə bu yaxınlarda olunan hücumu müzakirə edib.

"Far.Az" xəbər verir ki, Sibiqa bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Mən İranın xarici işlər nazirinə açıq söhbət üçün zəng etdim. Diplomatiya - hətta çətin olduqda belə birbaşa dialoqdur. Mən vurğuladım ki, məqsədimiz lazımsız eskalasiyadan qaçmaqdır.

Mən bir daha bildirdim ki, Ukraynanın bütün hərəkətləri müstəsna olaraq ölkəmizi Rusiya təcavüzündən qorumağa yönəlib və heç vaxt mülki gəmilərə və ya insanlara qarşı hədəflənməyib. Bu həmçinin son insident zamanı mülki gəmiyə hücumda onların vətəndaşının həlak olması ilə bağlı İranın verdiyi bəyanatlara da aiddir", - ukraynalı nazir qeyd edib.

Sibiqa vurğulayıb ki, Ukraynanın əsas məqsədi "bütün bu cür hadisələrin ilkin səbəbi" olan Rusiyanın hücumuna qarşı çıxmaqdır: "Bütün təxribatlara və qurbanlara görə tam məsuliyyəti məhz Rusiya daşıyır".

O, eskalasiyaya gətirib çıxaran hər hansı addımlardan çəkinməyin, eləcə də Rusiyanın Ukraynaya qarşı müharibəsinə hər cür dəstəyi dayandırmağın zəruriliyini vurğulayıb.

"Bu müharibə qanunsuzdur və o başa çatmalıdır. Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Avropa və Yaxın Şərq sabitliyə, təhlükəsizliyə və sülhə layiqdir", - Sibiqa yekunlaşdırıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər