İordaniya hərbçiləri İran tərəfindən buraxılmış 5 ballistik raketi zərərsizləşdiriblər - YENİLƏNİB
Far.Az xəbər saytı

İordaniya hərbçiləri İran tərəfindən buraxılmış 5 ballistik raketi zərərsizləşdiriblər - YENİLƏNİB


İordaniya Silahlı Qüvvələri İranın krallıq ərazisinə həyata keçirdiyi yeni raket zərbəsinin dəf edildiyini bəyan edib.

"Far.Az" xəbər verir ki, bu barədə baş komandanlıq nümayəndəsinin bəyanatında bildirilib.

"Hava Hücumundan Müdafiə (HHM) sistemləri bu gün səhər saatlarında İran tərəfindən buraxılan və ölkə ərazisinə tuşlanmış beş ballistik raketi məhv edib", - məlumatda deyilib.

Daha əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya ərazisindəki ABŞ aviabazasına və orada yerləşən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qərargahına ballistik raketlərlə hücum etdiyi barədə məlumat vermişdi.

İran İordaniyada yerləşən ABŞ hərbi bazasına ballistik raketlər atıb.

"Far.Az" xəbər verir ki, bu barədə mənbəyə istinadən "Axios" portalının jurnalisti Barak Ravid məlumat yayıb.

Daha sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində bildirib ki, hərbçilər raketləri ələ keçiriblər.

"Bu gün ABŞ-nin Şərq sahili vaxtı ilə 17:45-də (29 iyul, Bakı vaxtı ilə 01:45-də - red.) İslam İnqilabı Keşikçiləri Korpusu (İran Silahlı Qüvvələrinin elit bölmələri - red.) ABŞ-nin Yaxın Şərqdəki qüvvələrinə qəfil hücum həyata keçirməyə cəhd edib. Bütün İran raketləri uğurla ələ keçirilib", - paylaşımda bildirilib.

Tərəflər cümə günündən bəri zərbə mübadiləsi aparmayıb, bundan əvvəl isə, demək olar, iki həftə ardıcıl bir-birini bombalayıblar. ABŞ İslam Respublikası ərazisindəki hərbi və infrastruktur obyektlərinə hücum edib, İran isə Amerika bazalarına zərbə endirməklə cavab verib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı əməliyyata başlayıb. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı əldə olunmuş razılaşmaların Hörmüz boğazına aid hissəsinin şərtlərini pozmaqda ittiham edərək İrana genişmiqyaslı zərbələri bərpa edib. İran isə yenidən ABŞ-nin region ölkələrindəki hərbi infrastrukturunu hədəf alıb.

İyulun 25-də ABŞ Prezidenti Donald Tramp orduya İrana hücumları dayandırmağı tapşırıb və bundan sonra tərəflər qeyri-rəsmi atəşkəs əldə ediblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər