ÇSKA-nın baş məşqçisi Xristo Yanev: "Qarabağ"la matçda müdafiəyə çəkilmək niyyətimiz yoxdur"
Far.Az xəbər saytı

ÇSKA-nın baş məşqçisi Xristo Yanev: "Qarabağ"la matçda müdafiəyə çəkilmək niyyətimiz yoxdur"


Bolqarıstanın ÇSKA (Sofiya) klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Qarabağ"a qarşı cavab oyununda müdafiəyə çəkilmək niyyətində deyil.

"Report" xəbər verir ki, bunu Bolqarıstan təmsilçisinin baş məşqçisi Xristo Yanev sözügedən matçdan öncə baş tutan mətbuat konfransında bildirib.

O, Ağdam təmsilçisi ilə görüşdə qələbə qazanmaq istədiklərini söyləyib:

"İlk qarşılaşmada tətbiq etməyə çalışdığımız oyun planını bu görüşdə də davam etdirmək niyyətindəyik. "Qarabağ" keyfiyyətli heyətə malikdir. Rəqibin oyun modelini ətraflı təhlil etmişik və buna uyğun taktiki həllərlə meydana çıxmağa hazırlaşırıq. Heç zaman yalnız müdafiəyə çəkilməyin tərəfdarı olmamışam. Bu dəfə də məqsəd dəyişməyəcək. Hədəfimiz böyük futbol arenasında uğur qazanmaq və Bolqarıstanı güclü rəqiblər qarşısında layiqincə təmsil etməkdir. Komandamızın üstün cəhətləri kifayət qədərdir. Top bizdə olarkən futbolçular rəqibin müdafiəsində yaranan boşluqları dəyərləndirməli və bundan maksimum faydalanmağa çalışmalıdırlar".

Mütəxəssis komandada özünəinamın yüksək olduğunu vurğulayıb:

"Komandamızın daxilində özünəinamın tədricən yüksəldiyini hiss edirik. Bu isə düzgün inkişaf yolunda olduğumuzun göstəricisidir. Bilirəm ki, Bolqarıstanda nəticələrin qısa müddətdə əldə olunması gözlənilir. Ancaq davamlı inkişaf zaman və səbir tələb edir. Biz də kollektiv olaraq bu prosesi uğurla başa vurmaq və qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün birlikdə əzmlə çalışırıq".

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da, Bakı vaxtı ilə saat 22:00-da Sofiyada başlayacaq.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər