Erməni güləşçi: "Azərbaycana təşəkkür edirəm"
"Dünya çempionatını belə yüksək səviyyədə təşkil etdiklərinə görə Azərbaycana təşəkkür edirəm".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakıda keçirilən dünya çempionatında 71 kq çəki dərəcəsində qızıl medal qazanan erməni güləşçi Janes Nazaryan deyib.
O bildirib ki, Bakıda onları yüksək səviyyədə qarşılayıblar:
"Əhvali-ruhiyyəmiz yüksək idi. Yarış çox yüksək səviyyədə keçdi, güclü iştirakçılar var idi. Düşünürəm ki, bu yarış bizi daha da motivasiya edəcək. Buna görə təşkilatçılara və əməyi keçən hər kəsə təşəkkür edirəm. Rəqiblərim çox güclü idi. Deməzdim ki, zəif idilər, əksinə, çox yaxşı hazırlaşmışdılar. Ancaq mən daha yaxşı mübarizə apardım və yaxşı nəticə əldə etdim".
O bildirib ki, Bakıda həm təşkilatçılar, həm də dövlət səviyyəsində yüksək qarşılanma oldu:
"Hər şey qaydasında idi. Bizi çox yaxşı qarşıladılar".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycan uşuçuları Avropa çempionatında 15 medal qazandı
Ermənistanlı güləşçi Yanes Nazaryan: "Bizi Bakıda olduqca səmimi və yüksək səviyyədə qarşıladılar"
Üzgüçülük üzrə Azərbaycan çempionatında növbəti mükafatçılar bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
-
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub
-
Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub













