Paşinyan: Rusiyada Ermənistanla münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər
Far.Az xəbər saytı

Paşinyan: Rusiyada Ermənistanla münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər


Rusiyada Ermənistan-Rusiya münasibətlərini ya eksklüziv görürlər, ya da onları ümumiyyətlə görmürlər, lakin Ermənistanın yanaşması fərqlidir.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan alternativlər yaratmaq qərarına gəlib, buna qədər onda belə alternativlər yox idi:

"Bu, təkcə iqtisadi deyil, həm də siyasi istiqamətə aiddir. Problem ondadır ki, Ermənistan Çin, Fransa, ABŞ, Böyük Britaniya, Niderland və digər ölkələrlə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Buna qədər Ermənistanın bu qədər tərəfdaşla belə münasibətləri yox idi və ya ola bilməzdi. Problem bundadır".

N.Paşinyan qeyd edib ki, Rusiya problemi məhz bunda görür: "Ya münasibətlər eksklüzivdir, ya da münasibət olmamalıdır. Lakin Ermənistan belə bir yanaşmanı qəbul etmir. Biz deyirik ki, münasibətlər eksklüziv deyil, amma onlar olmalıdır. Bu, legitim yanaşmadır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər