Kürdəmirdə mikroavtobus yük maşınına çırpılıb, xəsarət alanlar var
Far.Az xəbər saytı

Kürdəmirdə mikroavtobus yük maşınına çırpılıb, xəsarət alanlar var


Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var.

"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 171 km-də, rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kürdəmirin Karrar kənd sakini Cəlilov Anar Xanalı oğlunun idarə etdiyi "Ford Ttansit” markalı mikroavtobus rayon istiqamətində hərəkətdə olarkən İmişli rayon sakini Mürfət Ağayevin idarə etdiyi DAF markalı yük maşınına çırpılıb. Nəticədə “Ford”da olan sərnişinlər - rayonun Karrar kənd sakinləri, 1952-ci il təvəllüdlü Dadaşova Cəmilə Ziyafəddin qızı və 1977-ci il təvəllüdlü Cəfərov Azər Abdul oğlu müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Bu il ən yüksək nəticə göstərib ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər