TDT-nin ilk peykinin 2027-ci ildə buraxılması planlaşdırılır
Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb.
"Far.Az"un yerli bürosunun Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadən verdiyi məlumata görə, layihəni nazirliyin rəhbəri Jaslan Madiyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev müzakirə ediblər.
Bildirilib ki, kosmik aparatı qazaxıstanlı mühəndislər və mütəxəssislər Astanada yerləşən Kosmik Aparatların Yığma və Sınaq Kompleksinin bazasında hazırlayırlar: "Peykin mühəndis modeli artıq tam yığılıb, işlər təsdiq edilmiş qrafikə uyğun olaraq aparılır".
Bundan başqa, tərəflər çərçivə sazişinin hazırlanması, layihənin maliyyələşdirilməsi və buraxılışın təşkili məsələlərini nəzərdən keçiriblər.
J.Madiyevin sözlərinə görə, OTS-SAT-ın həyata keçirilməsi TDT ölkələrinin texnoloji əməkdaşlığını gücləndirəcək və yeni birgə layihələr üçün imkanlar yaradacaq.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













