FT: Ukrayna Rusiyanın neft emalı müəssisələrinin 30 %-dən çoxunu sıradan çıxarıb
Far.Az xəbər saytı

FT: Ukrayna Rusiyanın neft emalı müəssisələrinin 30 %-dən çoxunu sıradan çıxarıb


Rusiyanın faktiki neft emalı müəssisələrinin 30 %-dən çoxu neft emalı zavodlarına Ukraynanın endirdiyi zərbələr nəticəsində sıradan çıxarılıb.

"Far.Az"un "Financial Times"a istinadən verdiyi məlumata görə, nəşr "S&P Global Energy"nin məlumatlarının və Rusiya neft emalı zavodlarının peyk görüntülərinin təhlili əsasında bu nəticəyə gəlib.

Qəzetin məlumatına görə, Ukraynanın hücumları Rusiyada neft emalı üzrə faktiki müəssisələrin 30 %-dən, nominal güclərin isə 45 %-dən çoxunu sıradan çıxarıb.

Qeyd olunub ki, zədələnmiş müəssisələrdə bərpa işləri yavaş irəliləyir, nəticədə zərbələrin fəsadları həftələrlə, aylarla qalır.

"Financial Times"ın təhlili göstərib ki, araşdırma anında Kirişi, Tuapse, Samara və Sızrandakı neft emalı zavodları neft emalını həyata keçirməyib. Ekspertlərin qiymətləndirmələrinə görə, hətta fəaliyyət bərpa edildikdən sonra da bu müəssisələrin əvvəlki istehsal səviyyəsinə yüksəlməsi üçün bir ildən çox vaxt lazım olacaq.

2026-cı ilin əvvəlindən Rusiyanın neft emalı zavodları Ukrayna Müdafiə Qüvvələri tərəfindən ən azı 194 zərbəyə məruz qalıb. Bu, ötən ilin oxşar dövrü ilə müqayisədə 11 dəfə çoxdur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər