Dünyada ən çox avtomobil satan şirkət məlum oldu
Far.Az xəbər saytı

Dünyada ən çox avtomobil satan şirkət məlum oldu


2026-cı ilin ilk altı ayında dünyada ən çox avtomobil satan şirkət yenə də Toyota Motor olub.

BAKU.WS şirkətin açıqladığı məlumata istinadən xəbər verir ki, yanvar–iyun aylarında qlobal satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalaraq 5,39 milyon avtomobil təşkil edib. Buna baxmayaraq, Toyota ardıcıl yeddinci dəfə dünyanın ən çox avtomobil satan istehsalçısı adını qoruyub.

Toyota-nın daxili bazardakı nəticələri müsbət olub. Yaponiyada satışlar 4,4 faiz artaraq 1,1 milyon ədədə yüksəlib. Xarici bazarlarda isə satışlar 4,5 faiz azalaraq 4,3 milyon avtomobil olub.

Şirkətin ABŞ-də satışları 0,9 faiz artsa da, Çində 17,1 faiz, Yaxın Şərqdə isə 21,6 faiz azalma qeydə alınıb.

Toyota-nın əsas rəqibi olan Volkswagen AG isə 2026-cı ilin ilk yarısında 4,13 milyon avtomobil satıb. Alman istehsalçısının qlobal satışları ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz geriləyib.

Beləliklə, satışlardakı azalmaya baxmayaraq, Toyota qlobal avtomobil bazarında lider mövqeyini qorumağı bacarıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Heydər Əliyev Fondu Çində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər