İtaliya miqrasiya böhranına görə İspaniya ilə sərhəd nəzarətinin tətbiqini nəzərdən keçirir
Far.Az xəbər saytı

İtaliya miqrasiya böhranına görə İspaniya ilə sərhəd nəzarətinin tətbiqini nəzərdən keçirir


Seuta anklavına miqrantların kütləvi axını fonunda İtaliya İspaniya ilə sərhəd nəzarətinin müvəqqəti bərpa edilməsi imkanını nəzərdən keçirir.

"Far.Az" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Telekanalın məlumatına görə, İtaliyanın Baş naziri Corciaa Meloni Seutadan olan kadrları "şokedici" adlandırıb və nəzarətsiz qeyri-qanuni miqrasiyanı tənqid edib. Bununla əlaqədar ölkə hakimiyyəti Şengen məcəlləsinin müddəaları çərçivəsində İspaniya ilə müvəqqəti sərhəd nəzarətinin tətbiq edilməsi imkanını öyrənir.

İtaliyanın Daxili İşlər Nazirliyi həmçinin Fransa-İtaliya quru sərhədində nəzarətin gücləndirilməsi ilə bağlı Fransa ilə əldə edilən razılaşma barədə məlumat yayıb.

"Sky News"un məlumatına görə, son sutka ərzində Mərakeşdən Seutaya 50 minə yaxın miqrant gəlib ki, bu da İspaniya anklavı üçün misli görünməmiş bir axın olub.

Oxşar xəbərlər

İlham Əliyevin Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər